Xankəndi-Ağdam yolunda maşın aşıb
Nərmin Qocamanlı
Ağdam rayonunda yol qəzası baş verib.
Operativ Media yerli KİV-ə istinadən xəbər verir ki, hadisə işğaldan azad edilmiş ərazidə qeydə alınıb. Xankəndi-Ağdam yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü və iki nəfər qadın sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Xankəndi şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net