Menyu

Bakı metrosunda qatarın tavanından salona su axıb

Bakı metrosunda qatarın tavanından salona su axıb

Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb.

Bu barədə Operativ Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub. Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib. İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb.

Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər