Yanvar ayının pensiyalarına edilmiş artımlar fevralda birgə ödəniləcək
Əsəd Abbaslı
Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevralda birgə ödəniləcək.
Operativ Media xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib.
O bildirib ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb:
"Dövlət başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.
Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir".
Teqlər:
"Yanvar ay\u0131n\u0131n pensiyalar\u0131na edilmi\u015f art\u0131mlar fevralda birg\u0259 \u00f6d\u0259nil\u0259c\u0259k"