Menyu

Bakıda qadını şantaj edərək 4500 manat pul tələb edən şəxs tutulub

Nərmin Qocamanlı
Bakıda qadını şantaj edərək 4500 manat pul tələb edən şəxs tutulub
1 dəq oxu

Paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4500 manat pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Əlaqəli Xəbərlər