“Arqument.az” saytının baş redaktoru barəsində həbs-qətimkan tədbiri seçilib
Nərmin Qocamanlı
“Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağayev həbs edilib.
Operativ Media xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.
Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.
Təqdimat təmin olunub, Şəmşad Ağayev barəsində 2 ay 10 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma