Menyu

AAYDA: Gecə boyu və səhər yollar qar və buzdan təmizlənib

Nərmin Qocamanlı
AAYDA: Gecə boyu və səhər yollar qar və buzdan təmizlənib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gecə boyu və səhər yolların qar və buzdan təmizlənməsi işləri aparıb.

Operativ Media Agentliyə istinadən xəbər verir ki, bölgələrdə qurumun xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.

Gecə boyu və səhər Yardımlı, Lerik, Qusar, Quba, Şamaxı və digər rayonlarda bütün avtomobil yolları nəzarətdə saxlanılıb. Agentliyin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz, fasiləsiz hərəkəti təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

"Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur", - deyə agentlik bəyan edib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər