Menyu

DİN: Bakıda maskalanıb oğurluq edən şəxslər tutulub

Nərmin Qocamanlı
DİN: Bakıda maskalanıb oğurluq edən şəxslər tutulub

Bakıda maskalanıb oğurluq edən şübhəlilər saxlanılıb.

DİN-dən Operativ Media-ya verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər. Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"D\u0130N: Bak\u0131da maskalan\u0131b o\u011furluq ed\u0259n \u015f\u0259xsl\u0259r tutulub"

Fotogalereya

Əlaqəli Xəbərlər