Menyu

Bakıda E2 marşrut xəttinin nömrəsi 72 ilə əvəzlənib

Bakıda E2 marşrut xəttinin nömrəsi 72 ilə əvəzlənib

Bu gündən Bakıda E2 marşrut xəttinin nömrəsi 72 ilə əvəzlənib.

Operativ Media bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

Xatırladaq ki, E2 marşrut xətti ötən ilin noyabr ayından fəaliyyətə başlayıb. Bu xətt üzrə avtobuslar Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirir. Marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər