Menyu

Güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsü açıqlanıb

Nərmin Qocamanlı
Güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsü açıqlanıb

2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanmış layihələrin 99,8 faizi, kredit məbləğinin isə 93,4 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.

Operativ Media xəbər verir ki, Fondun məlumatına görə, hesabat dövrində kredit sayının sahibkarlıq subyektləri üzrə bölgüsündə 95,4 faiz mikro, 3,3 faiz kiçik, 1,1 faiz orta sahibkarlıq subyektlərinin payına düşüb.

Güzəştli kredit məbləğinin sahibkarlıq subyektləri üzrə bölgüsündə isə mikro sahibkarlıq subyektlərinin payı 66,8 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 16,4 faiz, orta sahibkarlıq subyektlərinin payı 10,2 faiz təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 4334 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər