Çavuşoğlu: Əgər İsveç öz öhdəliklərini yerinə yetirsə, NATO-ya üzvlüyünü nəzərdən keçirəcəyik

Nərmin Qocamanlı
Çavuşoğlu: Əgər İsveç öz öhdəliklərini yerinə yetirsə, NATO-ya üzvlüyünü nəzərdən keçirəcəyik

"Əgər İsveç öz öhdəliklərini yerinə yetirsə, NATO-ya üzvlüyünü nəzərdən keçirəcəyik, amma hazırda İsveçin NATO üzvlüyünə hə deməyimiz mümkün deyil".

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto ilə birgə mətbuat konfransında bildirib.

"Biz NATO-nun inkişafını istəyirik.  Fevralda iki ölkənin (İsveç, Finlandiya) üzvlük məsələsi parlamentin gündəliyinə daxil olacaq.Türkiyə NATO-nun birliyinə və təhlükəsizliyinə ən çox töhfə verən 5 ölkədən, büdcəsinə isə ən çox töhfə verən 8 ölkədən biridir",- nazir bildirib.

Digər xəbərlər