31 Yanvar 2023, 16:24
Rusiya və Belarus əsgərlərinin birgə təlim keçəcəyi mərkəz yaradılacaq

Rusiya prezidenti Vladimir Putin Belarusla iki ölkənin əsgərləri üçün müştərək təlim mərkəzinin yaradılması istiqamətində işə başlamaq barədə göstəriş verib.
"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin hökumətin təklifi ilə Rusiya və Belarus arasında birgə hərbi təlim mərkəzinin yaradılması haqqında qərar imzalayıb .
Müvafiq olaraq, Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Rusiya Müdafiə Nazirliyinə Belarus tərəfi ilə danışıqlar aparmaq və iki ölkənin əsgərlərinin təlimi üçün mərkəzin yaradılması üçün razılıq əldə etmək tapşırılıb.
Belarus tərəfinin layihə üzrə razılığa gəldiyi təlim mərkəzlərindən ikisinin Belarusda, birinin isə Rusiyada yaradılması nəzərdə tutulur.