31 Yanvar 2023, 23:58
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib şəkil
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib

2022-ci ildə Türkiyəyə 44 milyondan çox xarici turist gəlib. Onlardan 5,67 milyonu almaniyalıdır.

"Operativ Media" Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ötən il ölkəyə edilən turist səfərlərinin sayına görə, Almaniya liderdir – 12,7 faiz. Siyahıda ikinci yerdə rusiyalılar qərarlaşıb. Türkiyəyə xarici turist axınında Rusiya vətəndaşlarının payı 11,7 faiz (5,2 milyon nəfər) təşkil edib.

Reytinqin ilk beşliyinə, həmçinin 3,37 milyon turistlə Böyük Britaniya, 2,8 milyon turistlə Bolqarıstan və 2,3 milyon turistlə İran daxil olub.

Ümumilikdə isə ötən il Türkiyəyə 44,56 milyon turist gəlib ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur. Ölkəyə turist axını demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb.

Son xəbərlər
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək