31 Yanvar 2023, 18:13
Pakistanda qayığın aşması nəticəsində ölənlərin sayı 41-ə yüksəlib
Pakistanda qayığın aşması nəticəsində ölənlərin sayı 41-ə yüksəlib şəkil
Pakistanda qayığın aşması nəticəsində ölənlərin sayı 41-ə yüksəlib

Pakistanın Hayber Paxtunxva əyalətində qayığın bənddə batması nəticəsində həyatını itirənlərin sayı 41-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Pakistanın Kohat bölgəsindəki Tanda bəndində qayığın batması nəticəsində başlayan axtarış-xilasetmə işlərində daha 11 nəfərin cəsədi tapılıb.

Səlahiyyətlilər həyatını itirənlərin sayının 41-ə yüksəldiyini və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu açıqlayıb.

Bildirilib ki, daha 9 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, mədrəsə tələbələrinin Tanda bəndində əylənmək üçün getdikləri qayıq yanvarın 29-da həddindən artıq yüklənmə səbəbindən batıb.

Son xəbərlər
Azərbaycan çempionatında bütün finalçılar bəlli oldu
Əhməd Davudoğlu Qəzzanın Türkiyəyə birləşdirilməsini təklif edib
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək
Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb