Menyu

Ermənilərin qanunsuz iqtisadi fəaliyyətləri nəticəsində Azərbaycana 21 milyarda yaxın maddi ziyan vurulub

Əsəd Abbaslı
Ermənilərin qanunsuz iqtisadi fəaliyyətləri nəticəsində Azərbaycana 21 milyarda yaxın maddi ziyan vurulub

1992-2023-cü illər ərzində ermənilərin qanunsuz iqtisadi fəaliyyətləri nəticəsində Azərbaycana 20.9 milyard manatdan artıq maddi ziyan vurulub.

Operativ Media xəbər verir ki, bu haqda hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.

Qeyd olunub ki, Azərbaycan Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd təsərrüfatı, mineral xammal hasilatı, enerji (hidroenerji) istehsalı, pərakəndə ticarət, ictimai iaşə dövriyyəsinin həcmi, sənaye məhsulunun və digər fəaliyyət sahələri, habelə “Frank Müller Group” şirkətinin qanunsuz fəaliyyəti, qanunsuz balıq kürüsü istehsalı fəaliyyəti və “Artsakhbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aparılmış qanunsuz maliyyə əməliyyatları üzrə cəmi 20.9 milyard manatdan artıq maddi ziyan vurulmaqla əldə edilən qanunsuz gəlirlər terrorçuluğun maliyyələşdirilməsinə xərclənib.

Teqlər:

"Erm\u0259nil\u0259rin qanunsuz iqtisadi f\u0259aliyy\u0259tl\u0259ri n\u0259tic\u0259sind\u0259 Az\u0259rbaycana 21 milyarda yax\u0131n maddi ziyan vurulub"

Əlaqəli Xəbərlər