Menyu

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
1 dəq oxu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fiziki şəxs Fəxrəddin İsa oğlu Hüseynova məxsus kafedə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Operativ Media-ua verilən məlumata görə, kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb.

Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Əlaqəli Xəbərlər