17 Fevral 2025, 21:35
Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur
Əbu-Dabi şəhərində “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb.
Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur şəkil
Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi işinə başlayıb.

Operativ Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə Azərbaycanın istehsal etdiyi atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, optik nişangah və cihazlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 100-ə yaxın müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Səfər çərçivəsində nazir V.Mustafayev bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək. Eyni zamanda, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə xarici şirkətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisində 132 mindən çox ziyarətçinin iştirakı gözlənilir. Tədbir fevralın 21-dək davam edəcək.

Son xəbərlər
“Wizz air” Azərbaycandan 24 dollara uçuşlar həyata keçirəcək
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb