ABŞ şirkəti Ukraynaya iki MQ-9 Reaper dronunu 1 dollara satmağı təklif edir

Nərmin Qocamanlı
ABŞ şirkəti Ukraynaya iki MQ-9 Reaper dronunu 1 dollara satmağı təklif edir

ABŞ şirkəti Ukraynaya iki MQ-9 Reaper dronunu 1 dollara satmağı təklif edir.

"Operativ Media" xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, mümkün sövdələşmə ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən təsdiqlənməlidir.  

Qəzetin yazdığına görə, bu təklifi ötən həftə Ukraynanın Vaşinqtondakı hərbi attaşesinə GA-ASI-nin baş direktoru Linden Blu verib.

Qəzet qeyd edir ki, pilotsuz təyyarələrin hazırlanması və Ukraynaya göndərilməsi təxminən 10 milyon dollara başa gələcək, illik texniki xidmət isə təxminən 8 milyon dollara başa gələcək.  

Razılaşma olacağı təqdirdə şirkət həmçinin pilotsuz təyyarələr üçün yerüstü idarəetmə stansiyasını da tədarük edəcək.

Digər xəbərlər