Menyu

Braziliyada avtobusun aşması nəticəsində 7 nəfər ölüb

Nərmin Qocamanlı
Braziliyada avtobusun aşması nəticəsində 7 nəfər ölüb

Braziliyada sərnişin avtobusunun aşması nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, Braziliya mətbuatında çıxan xəbərə görə, Florianopolis şəhərinə gedən avtobus sürücünün sükanı itirməsi səbəbindən BR-277 şosesində aşıb.

Braziliya Federal Yol Polisi qəzada 7 sərnişinin öldüyünü, 22 nəfərin yaralandığını açıqlayıb.

Ölənlər arasında iki Argentina vətəndaşı da var .

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər