18 Fevral 2025, 18:35
Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Vüqar Mustafayev Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusla görüşüb.
Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib şəkil
Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusla görüşüb.

Bu barədə Operativ Media-a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.

Son xəbərlər
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub