Fransada evsizlərin sayı 10 ildə 130% artıb

Nərmin Qocamanlı
Fransada evsizlərin sayı 10 ildə 130% artıb

Fransada ev kirayələrinin artması səbəbindən mənzil problemi yaşayanların sayının 4 milyonu keçib, evsizlərin sayının isə 330 minə yüksəldiyi bildirilib.

"Operativ Media" xəbər verir ki, Fransada fəaliyyət göstərən Abbe Pierre Fondu 2022-ci ildə ölkədə mənzil problemləri ilə bağlı illik hesabatını dərc edib.

Hesabatda məlum olub ki, ötən il ölkədə 4,15 milyon insan mənzil problemi ilə mübarizə aparır və ya qeyri-insani şəraitdə yaşayır.

Bu kateqoriyaya daxil olanların əhəmiyyətli bir hissəsini mətbəx, tualet və istilik otaqları kimi qeyri-sağlam şəraitdə yaşayanlar, eləcə də narahat şəraitdə yaşayanlar təşkil edib.

Hesabata görə, Fransada evsizlərin sayı 330 minə yüksəlib və bu nisbət 10 ildə 130 faiz artıb.

Onlardan 200 mini təcili şəraitdə, 110 mini müvəqqəti sığınacaqlarda, 27 mini isə küçələrdə, metrolarda, çadırlarda və ya avtomobillərdə yatmağa məcburdur.

Digər xəbərlər