Menyu

İsrail Qəzzada atəşkəsi uzatmağa hazırdır

Əsəd Abbaslı
İsrail Qəzzada atəşkəsi uzatmağa hazırdır

İsrail Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan daha çox israilli girovun azad edilməsi müqabilində anklavda atəşkəsi uzatmağa hazırdır.

Operativ Media xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Brüsseldə Rumıniya, Bolqarıstan, Finlandiya, Slovakiya və Macarıstanın xarici işlər nazirləri ilə görüşündə bildirib.

“Daha çox girovun azad edilməsi müqabilində müvəqqəti atəşkəsin uzadılmasını istisna etmirik. "Girovlar azad edilmədən bu baş verməyəcək. Biz girovlarımızı azad etmək və Qəzza zolağındakı müharibədə qarşıya qoyduğumuz məqsədlərə nail olmaqla bağlı öhdəlik götürmüşük", - o əlavə edib.

Teqlər:

"\u0130srail Q\u0259zzada at\u0259\u015fk\u0259si uzatma\u011fa haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər