Menyu

Tramp: Mən Putin haqqında diktator deyə bilmərəm

Əsəd Abbaslı
Tramp: Mən Putin haqqında diktator deyə bilmərəm

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putini, Ukrayna prezidenti Vladimir Zelenski kimi diktator adlandırmaqdan imtina edib.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Jurnalistlər ona həm Putin, həm də Zelenskinin diktator olub-olmadığını soruşub.

Tramp, bu sözləri ehtiyatla seçdiyini və belə ifadələri diqqətlə işlətməyə çalışdığını qeyd edib.

“Mən bu sözləri düşünülməmiş şəkildə istifadə etmirəm”, - dövlət başçısı qeyd edib.

"Hadisələrin necə inkişaf edəcəyinə baxarıq. Düşünürəm ki, müxtəlif ölkələr arasında həqiqətən yaxşı bir razılaşma şansı var", - Tramp əlavə edib.

Həmçinin, ABŞ prezidenti, Ukraynada qan tökülməsinin dayandırılmasını dəstəklədiyini bildirib.

Qeyd edək ki, Tramp, Zelenskini seçkiləri olmayan diktator adlandırmışdı və Ukraynada seçkilərin keçirilməsini vacib hesab etdiyini vurğulamışdı.

Teqlər:

"Tramp: M\u0259n Putin haqq\u0131nda diktator dey\u0259 bilm\u0259r\u0259m"

Əlaqəli Xəbərlər