Ali Rada Zelenski ilə bağlı səsvermə keçirəcək
Əsəd Abbaslı
Ali Rada Volodimir Zelenskinin səlahiyyətlərinin uzadılması ilə bağlı qətnaməni yenidən səsverməyə çıxarmağa çalışacaq.
Operativ Media xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko teleqram kanalında bildirib.
“Onlar növbəti iclasda bunu reallaşdırmağa çalışacaqlar”, – deyə deputat qeyd edib.
Volodimir Zelenskinin səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb. Daha sonra ölkədə prezident seçkiləri ləğv edilib.
Bu gün, 24 fevral tarixində məlum olub ki, Ukrayna parlamentində Zelenskinin səlahiyyətlərinin uzadılmasını dəstəkləyən qətnamənin qəbul edilməsi üçün yetərli sayda səs toplanmayıb. Sənədin lehinə 226 tələb olunan səsdən cəmi 218 deputat səs verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net