Menyu

Tehranda səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirilib

Tehranda səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirilib

Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Cinayət işinin istintaqını aparan Tehran Cinayət Prokurorluğu hesab edir ki, Y.Hüseynzadə şizofreniya daxil olmaqla, psixi problemlərdən əziyyət çəkir.

Məlumata görə, səfirlikdə terror aktı törədən cinayətkar azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanasında qalacaq və müxtəlif müayinələrdən keçiriləcək.

Teqlər:

"Tehranda səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirilib"

Əlaqəli Xəbərlər