Menyu

Britaniya XİN başçısı Avropaya çağırış edib

Əsəd Abbaslı
Britaniya XİN başçısı Avropaya çağırış edib

Avropanın Rusiyanın bloklanmış aktivlərini müsadirə etməyinin vaxtı çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentə müraciətində bildirib.

“Əlbəttə, Avropa tez hərəkət etməlidir. Hesab edirəm ki, biz aktivlərin dondurulmasından onların müsadirə edilməsinə keçməliyik”, - o deyib.

Bununla belə, Lemmi qeyd edib ki, bu sahədə birtərəfli addımlar atılmamalıdır. Onun sözlərinə görə, bu məsələ həmçinin G7 iclasında da müzakirə olunub.

“Bu, hər hansı bir hökumətin təkbaşına hərəkət edə biləcəyi məsələ deyil. Biz avropalı müttəfiqlərimizlə birlikdə hərəkət etməliyik”, - nazir söyləyib.

Teqlər:

"Britaniya X\u0130N ba\u015f\u00e7\u0131s\u0131 Avropaya \u00e7a\u011f\u0131r\u0131\u015f edib"

Əlaqəli Xəbərlər