Honduras prezidenti Kastronun helikopteri təcili eniş edib
Əziz Əzizli
Helikopter San Pedro Suladan Tequsiqalpaya gedərkən əlverişsiz hava şəraiti səbəbindən Kortes bölgəsinin Santa Kruz de Yojoa qəsəbəsinə təcili eniş etmək məcburiyyətində qalıb.
"Operativ Media" xəbər verir ki, səlahiyyətlilər prezident Kastronun hadisədən sağ-salamat xilas olduğunu bildiriblər.
Kastro jurnalistlərə açıqlamasında "Biz San Pedrodan Tequsiqalpaya gəlirdik, lakin hava şəraitinə görə davam edə bilmədik və geri qayıda bilmədik. Ona görə də təcili eniş etməli olduq. Hamımız çox yaxşıyıq, marağınıza görə təşəkkür edirik" deyə bildirib.
Teqlər:
"Honduras prezidenti Kastronun helikopteri t\u0259cili eni\u015f edib"