Menyu

İndoneziyada 6,1 maqnitudalı zəlzələ baş verib

Əziz Əzizli
İndoneziyada 6,1 maqnitudalı zəlzələ baş verib

İndoneziyanın Molukka dənizinin sularında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 02:56-da qeydə alınan zəlzələnin episentri Sulavesi adasının şərq kənarında yerləşən Manado şəhərindən 121 km cənubda yerləşib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Episentrdə intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

Teqlər:

"\u0130ndoneziyada 6 1 maqnitudal\u0131 z\u0259lz\u0259l\u0259 ba\u015f verib"

Əlaqəli Xəbərlər