Menyu

ABŞ "qızıl kart" təqdim edəcək

ABŞ  "qızıl kart" təqdim edəcək
1 dəq oxu

ABŞ ölkəyə köçmək istəyənlər üçün 5 milyon dollar dəyərində "qızıl kart" təqdim edəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlama verib

Yeni proqram çərçivəsində "qızıl kart" sahibi ABŞ-da yaşamaq və işləmək hüququ əldə edəcək, həmçinin gələcəkdə vətəndaşlıq almaq imkanı qazanacaq. Bu təşəbbüs mövcud EB-5 investor viza proqramını əvəz edəcək.

ABŞ-ın Ticarət naziri Hovard Latnik bildirib ki, "qızıl kart" almaq istəyən şəxslər müəyyən yoxlamalardan keçməli olacaqlar.

Əlaqəli Xəbərlər