Çin 450 km/saat sürətlə hərəkət edəcək qatarın sınaqlarına başlayıb
Çin Dəmir Yolları 450 km/saat sürətə çata biləcək CR450 yüksəksürətli qatarın kommersiya istifadəsinə verilməsi ərəfəsində sınaqlarına başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə “China Daily” qəzeti yazıb.
Nəşrin qeyd etdiyi kimi, sınaqlar zamanı mühəndislər qatarın kommersiya istismarına tez başlamaq məqsədilə onun texniki göstəricilərini optimallaşdıracaqlar.