Menyu

Yaponiyada 5,8 maqnitudalı zəlzələ baş verib

Yaponiyada  5,8 maqnitudalı zəlzələ baş verib
1 dəq oxu

Yaponiyanın Honsyu adası yaxınlığında 5,8 maqnitudalı zəlzələ baş verib.

Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sinqu şəhərindən 39 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 394 km dərinlikdə olub.

Yaralananlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Əlaqəli Xəbərlər