Ukraynada mənzilə raket düşüb, 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Nərmin Qocamanlı
Ukraynada mənzilə raket düşüb, 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Ukraynanın Donetsk vilayətində Rusiya ordusunun atdığı raketin yaşayış binasını vurması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin verdiyi açıqlamaya görə, Donetsk vilayətinin Kramatorsk şəhərində raketin vurulması nəticəsində 4 mərtəbəli yaşayış binası dağılıb.

Açıqlamada hadisə yerinə sövq edilən axtarış-xilasetmə qruplarının 3 nəfərin cəsədini dağıntılar altından çıxararaq 2 nəfəri xilas etdiyi, 8 nəfərin isə yaralandığı bildirilib.

 

Digər xəbərlər