Zelenski fevralın 28-də ABŞ-yə səfər edəcək - YENİLƏNİB
Əsəd Abbaslı
Ukrayna Prezidenti Volodimir Zelenski nadir torpaq mineralları ilə bağlı sazişi imzalamaq üçün fevralın 28-də Vaşinqtona səfər edəcək.
Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında bildirib.
“Ümid edirəm ki, yatırdığımız bütün pulları geri alacağıq və daha çox qazanacağıq. Bu, nadir torpaq metalları və digər məsələlər üzrə çox böyük bir razılaşma olacaq. Artıq hər şey razılaşdırılıb. Biz bundan məmnunuq”, - Tramp qeyd edib.
18:24
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ABŞ Prezidenti Donald Tramp ilə görüşməyə ümid etdiyini deyib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Kiyevdə jurnalistlərə açıqlamasında bildirib.
Zelenski qeyd edib ki, cümə günü Vaşinqtona səfər etməyi, orada ABŞ Prezidenti Donald Tramp ilə təbii sərvətlər müqaviləsi və gələcək yardımlar mövzusunda müzakirə aparmağı ümid edir.
Zelenski Vaşinqtona səfərin tarixinin 28 fevral olduğunu bildirib. O qeyd edib ki, Trampdan Ukraynaya gələcək ABŞ yardımlarını dayandırıb-dayandırmayacağını soruşmağı planlaşdırır.