Menyu

Gürcüstan XİN: Ərdoğan Gürcüstana səfər edə bilər

Əsəd Abbaslı
Gürcüstan XİN: Ərdoğan Gürcüstana səfər edə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Gürcüstana səfər edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə ilk rəsmi səfərini qiymətləndirərkən deyib.

“Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq, mən və türkiyəli həmkarım bunun üzərində işləyəcəyik”, - Boçorişvili deyib.

XİN başçısı yaxın gələcəkdə Türkiyə Böyük Millət Məclisinin sədrinin Gürcüstana səfərinin planlaşdırıldığını qeyd edib.

“Bu, iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə aparılmasında və parlamentlər arasında əməkdaşlığın gücləndirilməsində irəliyə doğru daha bir addım olacaq”, - deyə Maka Boçorişvili bildirib.

Teqlər:

"G\u00fcrc\u00fcstan X\u0130N: \u018frdo\u011fan G\u00fcrc\u00fcstana s\u0259f\u0259r ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər