
Serbiya prezidenti Aleksandar Vucic ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini və Qərblə münasibətləri pozmayacağını bəyan edib.
"Operativ Media" xəbər verir ki, Vuçiç Kosovo probleminin həllində ABŞ və Avropa İttifaqının (Aİ) dəstəklədiyi Franko-Almaniya Planının hərtərəfli müzakirə edildiyi Serbiya Assambleyasının sessiyasının sonunda açıqlamalar verib.
Ölkəsini qarşıda çətin bir dövrün gözlədiyini vurğulayan Vuçiç, “Serbiya danışıqlardan vaz keçməyəcək, Qərblə əlaqələri pozmayacaq və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək”,-deyə bildirib.
Vuçiç “Mən bu vəziyyətlə bağlı həyəcanlı deyiləm, lakin (Rusiyaya qarşı) sanksiyalar tətbiq etməsək, nə qədər davam edə biləcəyimizi bilmirəm", deyə qeyd edib.
Ukraynadakı müharibədən sonra vəziyyətin əvvəlki kimi olmadığını qeyd edən Aleksandar Vuçiç bildirib ki, Qərb dövlətləri Kosovodakı "problemi” tez bir zamanda həll etməyə çalışırlar.
Parlamentin iclasının sabah davam edəcəyi gözlənilir.