03 Fevral 2023, 11:33
İtalyada mafiya başçısı aşpazlıq edərkən yaxalanıb
İtalyada mafiya başçısı aşpazlıq edərkən yaxalanıb şəkil
İtalyada mafiya başçısı aşpazlıq edərkən yaxalanıb

İtaliyanın ən güclü mafiya təşkilatlarından birinin üzvü olduğu güman edilən və adam öldürməkdə təqsirli bilinən Edqardo Qreko aşpazlıq edərkən yaxalanıb və 16 il qaçdıqdan sonra həbs edilib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı Edqardo Qreko İtaliyanın cənubundakı Kalabriyada güclü mafiya təşkilatı olan məşhur "Ndrangheta"nın üzvü olmaqda şübhəli bilinir.

Fransa prokurorlarının bildirdiyinə görə, İnterpol Fransanın Sent-Etyen şəhərində təxəllüsdən istifadə edən və italyan restoranını işlətdiyi Qrekonu həbs edib.

İnterpolun verdiyi açıqlamada, "təhlükəli qaçaq" olaraq xarakterizə edilən Grekonun Stefano və Cüzeppe Bartolomeonun qətlinə görə ömürlük həbs cəzasını çəkməsi üçün İtaliyada axtarıldığı bildirilib.

O, həmçinin 1990-cı illərin əvvəllərinə damğasını vuran Pino Sena və Perna Pranno dəstələri arasında mafiya müharibəsinin bir hissəsi olaraq Emiliano Mosciaro-nu öldürməyə cəhddə ittiham olunurdu.

 

Son xəbərlər
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
“Prezident Kuboku”nda iştirak edəcək ölkələrin adları müəyyənləşdi
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
Sumqayıt Tekstil Fabrikində 19 nəfər zəhərlənib - YENİLƏNİB
Pakistan ayın əvvəlindən 80 mindən çox əfqanı deportasiya edib
ABŞ Krımın Rusiyanın ərazisi kimi tanınmasını təklif edir