Menyu

Audi 2030-cu ilə qədər 9 min işçisini ixtisar edəcək

Audi 2030-cu ilə qədər 9 min işçisini ixtisar edəcək
1 dəq oxu

Audi 2030-cu ilə qədər təxminən 9 min iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Operativ Media bu barədə Tengri Auto-ya istinadən xəbər verir.

Bu tədbirlər gəlirliliyin bərpasına yönəlib və bir milyard avroya qənaət edəcək.

Bundan əlavə, şirkət maddi xərcləri 8 milyard avro azaltmağı planlaşdırır, tarif dərəcələri də aşağı salınacaq, əlavə ödənişlər aradan qaldırılacaq, yeməkxanaların saxlanması və texniki dəstək kimi funksiyalar autsorsinqə veriləcək,-deyə məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər