Menyu

Ərdoğan: Rusiyanın konstruktiv cavab verəcəyinə ümid edirik

Əsəd Abbaslı
Ərdoğan: Rusiyanın konstruktiv cavab verəcəyinə ümid edirik

"ABŞ və Ukrayna arasında aparılan danışıqlarda Ukraynanın atəşkəsi qəbul etməsini müsbət qiymətləndiririk. Rusiyanın konstruktiv cavab verəcəyinə ümid edirik".

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, əgər bu son inkişaflar Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasına səbəb olarsa, Türkiyə danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, hər cür dəstək verməyə hazırdır.

"Türkiyənin Rusiya-Ukrayna müharibəsi məsələsində mövqeyi ilk gündən birmənalı olub. Biz hər iki qonşumuzdan müharibəni ədalətli bir sülhlə sona çatdırmalarını istəyirik", – deyə prezident əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər