Menyu

Lissabondan Londona uçan təyyarə məcburi eniş edib

Əsəd Abbaslı
Lissabondan Londona uçan təyyarə məcburi eniş edib

Lissabondan Londona uçan "Tap Air Portugal" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin salonu tüstü ilə dolub.

Operativ Media xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, təyyarənin göyərtəsində 194 sərnişin və ekipaj üzvləri olub.

Uçuşdan az sonra salonda tüstülənmə müşahidə edilib. Pilotlar həyəcan təbili çalaraq Porto hava limanına enmək qərarına gəliblər. Havaya qalxdıqdan 1 saat 15 dəqiqə sonra təyyarə hava limanına təhlükəsiz eniş edib.

Hadisə nəticəsində 9 nəfər xəstəxanaya çatdırılıb, daha iki sərnişinə isə yerindəcə tibbi yardım göstərilib.

Sərnişinlər ürəkbulanma və baş ağrılarından şikayət ediblər.

Teqlər:

"Lissabondan Londona u\u00e7an t\u0259yyar\u0259 m\u0259cburi eni\u015f edib"

Əlaqəli Xəbərlər