İmişli rayonu ərazisində yük maşını və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Mersedes” markalı yük maşını və “Mersedes” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alan 3 qadın İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan bildirilib ki, 1939-cu il təvəllüdlü şəxsə sol mil sümüyünün tipik yerindən qapalı yerdəyişmiş sınığı, 1951-ci il təvəllüdlü şəxsə sol qol nahiyəsinin əziyi, 1953-cü il təvəllüdlü şəxsə isə alın nahiyəsinin və sağ biləyin əzilmiş, cırılmış yaraları, burun sümüklərinin qapalı sınığı diaqnozları təyin edilib.
Hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.