14 Mart 2025, 19:56
NATO sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayıb
Allison Hart Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışladıqlarını qeyd edib.
NATO sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayıb şəkil
NATO sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayıb

NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

Operativ Media xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial media hesabındakı paylaşımında bildirib.

Allison Hart Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışladıqlarını qeyd edib.

O müqavilənin imzalanması və ratifikasiya olunmasını səbirsizliklə gözlədiklərini vurğulayıb: “Bu, normallaşma prosesində irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və regional təhlükəsizliyə töhfə verəcək”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər