14 Mart 2025, 20:10
Ağ Ev: Tramp Putinlə telefon danışığı aparmayıb
Tramp Putinlə telefon danışığı aparmayıb.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmayıb.
Operatv Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, telefon danışığını Putinlə Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff həyata keçiriblər.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıqlarını və dəhşətli, qanlı müharibənin nəhayət başa çatacağına dair hər cür şans olduğunu yazmışdı.