16 Mart 2025, 21:11
Stiven Uitkoff: Ukrayna ilə danışıqların yeni raundu olacaq
Uitkoff Ukrayna üçün sülh prosesinə Rusiyanın yeni regionlarının ABŞ tərəfindən tanınmasının daxil olması ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Stiven Uitkoff: Ukrayna ilə danışıqların yeni raundu olacaq şəkil
Stiven Uitkoff: Ukrayna ilə danışıqların yeni raundu olacaq

Gələn həftə ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarının yeni raundu baş tutacaq.

Operativ Media xəbər verir ki, bu barədə Amerika prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Bizim danışıqlar aparan komandamız bu həftə ukraynalılarla görüşəcək və onlarla müzakirələr aparacaq. Eyni şey ruslarla da olacaq", - o bildirib.

Uitkoff Ukrayna üçün sülh prosesinə Rusiyanın yeni regionlarının ABŞ tərəfindən tanınmasının daxil olması ilə bağlı sualı cavablandırmaqdan imtina edib:

"Hazırda bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, bu məsələdən danışmaq bir az tezdir".

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib