Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Məhkəmə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.
Operativ Media xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Cincolianın qərarı ilə Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sabiq Prezident əlavə olaraq büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə 8 il, ümumilikdə isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmün elan edilməsi zamanı məhkəmə zalında olan Saakaşvilinin tərəfdarları “qullar” şüarları ilə etiraz ediblər. İclasda Saakaşvili şəxsən iştirak etməyib.
Qeyd edək ki, bu, Tbilisi şəhər məhkəməsinin son günlərdə Saakaşvili işi üzrə çıxardığı ikinci hökmdür. İndi ona qarşı 7 noyabr epizodu ilə bağlı yalnız bir cinayət ittihamı qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net