17 Mart 2025, 23:06
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq
Bu il 1,5 milyon suriyalı öz ölkələrinə qayıdacaq.
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq şəkil
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro ayıracaq

Avropa İttifaqı 2025 və 2026-cı illər üçün Suriyaya 2,5 milyard avro ayıracaq.

Operativ Media xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən beynəlxalq donor konfransında deyib.

O, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına istinad edərək, bu il 1,5 milyon suriyalının öz ölkələrinə qayıda biləcəyini bildirib.

Von der Leyen Avropanın Suriyaya yönəli üç prioritetinin olduğunu vurğulayıb. Humanitar ehtiyacların ödənilməsi, sosial-iqtisadi bərpanın dəstəklənməsi və ölkədə inklüziv siyasi prosesin təşviq edilməsi.

AK rəhbəri digər donorları da Suriyaya yardım etməyə çağırıb.

Son xəbərlər
Zelenski: Rusiyanın kimə hücum etdiyini bütün diplomatlar öz gözləri ilə gördülər
Şamaxıda mikroavtobus qəzaya uğrayıb
Ərdoğan gələn ay Azərbaycana gələcək
Litva Rusiyaya nota verib
Əhməd əş-Şara: Suriya İsraillə münasibətlərin normallaşmasında maraqlıdır
Tramp Zelenski ilə Romada görüşə bilər
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1