Menyu

Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib

Əsəd Abbaslı
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlayan narkokartelin lideri məhv edilib

Kolumbiya silahlı qüvvələri polislə birlikdə ölkə prezidenti Qustavo Petroya qarşı sui-qəsd hazırlayan “Körfəz klanı” narkokartelinin liderlərindən birini məhv edib.

Operativ Media xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat Kolumbiyanın qərbindəki Vall-del-Kauka departamentində aparılıb.

“Prezident Qustavo Petroya sui-qəsd planlaşdıran cinayətkarlardan biri məhv edilib. Söhbət “Körfəz klanı”nın bölmələrindən birinin Ömər və ya Nino ləqəbli lideri, 25 illik təcrübəyə malik cinayətkardan gedir”.

Vurğulanıb ki, ömərlə yanaşı qrupun daha bir üzvü zərərsziləşdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər