Menyu

Avstraliyada melioidoz epidemiyası 20 nəfərin ölümünə səbəb olub

Avstraliyada melioidoz epidemiyası 20 nəfərin ölümünə səbəb olub
1 dəq oxu

Avstraliyanın Kvinslend ştatında 2024-cü ilin noyabrından bəri melioidoz epidemiyasından 20 nəfər ölüb.

Operativ Media xəbər verir ki, ABC-nin məlumatına görə, Kvinslend ştatında çirklənmiş su ilə təmas nəticəsində ötürülən xəstəlik olan melioidoz halları müşahidə olunmağa davam edir.

Kvinslend ştatında 2024-cü ilin noyabrından bu yana xəstəliyə 125 yoluxma halı qeydə alınıb. Hazırda melioidozdan ölənlərin sayını 20-yə çatıb.

Səlahiyyətlilər güclü yağışların davam edəcəyi gözlənilən Kvinslend ştatında yaşlı və xroniki xəstələri çirklənmiş sulardan uzaq durmağa çağırıb.

Əlaqəli Xəbərlər