Menyu

Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır

Əsəd Abbaslı
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
1 dəq oxu

"Yaponiya, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı verilən bəyanatları alqışlayır".

Operativ Media xəbər verir ki, bu fikirləri Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kitamura Toşihiro Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı razılaşma barədə danışarkən bildirib.

"İki ölkə arasında münaqişənin yekun həlli, Qafqaz regionunda sülh və sabitlik üçün həlledici əhəmiyyət kəsb edir. Yaponiya ümid edir ki, iki tərəfin razılaşdırdığı sülh sazişi ən qısa zamanda imzalanacaq və regionla bağlı məsələlər sülh yolu ilə və daimi şəkildə öz həllini tapacaq", - deyə Kitamura Toşihiro qeyd edib.

Əlaqəli Xəbərlər