Menyu

Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib

Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib
1 dəq oxu

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

Operativ Media-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov  barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər