Menyu

Emin Əmrullayev Sabirabadda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Emin Əmrullayev Sabirabadda vətəndaşları qəbul edəcək
1 dəq oxu

Elm və təhsil naziri Emin Əmrullayev 18 aprel tarixində Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər. 

Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.


01-01.04.25-01.jpg

Əlaqəli Xəbərlər