Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb
Sumqayıt şəhəri, Xəzər bağları ərazisində "Şəhər-3" qaz xəttindən ayrılan xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 aprel saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.
“Azəriqaz”dan Operativ Media-ya verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.
Məlumata görə, Xəzər bağlarının, Katej və Kimyaçılar qəsəbələrinin, Bulvar ərazisinin və 26-cı məhəllənin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Teqlər:
"Sumqay\u0131t\u0131n b\u0259zi \u0259razil\u0259rinin qaz t\u0259chizat\u0131 dayand\u0131r\u0131l\u0131b"